Polşada bakalavr təhsilinin birinci mərhələsini bitirdikdən sonra siz lisans (İncəsənət üzrə bakalavr dərəcəsi qazanmaq) və ya inzynier (Mühəndislik üzrə bakalavr dərəcəsi qazanmaq) peşə adını əldə edə bilərsiniz.
Tədris Dili
180-240 AKTS krediti təklif edən bu dərəcə üç-dörd il davam edir və sizi gələcək Magistr dərəcəsi proqramına hazırlamaq məqsədi daşıyır. Kurslar həm də tələbələri gələcək işə hazırlamağa yönəlmişdir. Polşanın ali məktəblərində Bakalavr təhsili polyak dilində təklif olunur və universitetlər tərəfindən tələbə namizədlərdən polyak dilində linqvistik bacarıqlarını sübut etməkləri xahiş olunacaqdır. Bununla belə, Polşada da ingilis dilində tədris olunan bakalavr proqramları çoxdur. Buna görə də ingilis dili biliyinizi sübut etmək və seçdiyiniz bəzi universitetlərə qəbul olmaq üçün IELTS dil imtahanı da lazım olacaqdır.
Polşada Magistr Təhsili Almaq
Polşada magistr dərəcəsi və ya magistr proqramı təxminən iki il davam edir və 90-120 AKTS krediti verir. Magistr dərəcəsini bitirdikdən sonra PhD təhsili almaq hüququ qazanırsınız. Polşada Magistratura təhsilinin tədris metodlarına qrup iclasları, müstəqil təhsil, qrup və fərdi tapşırıqlar və fənn imkan verdiyi təqdirdə praktiki laboratoriya işlərinin kombinasiyası daxildir. Həmçinin, siz Polşada ingilis dilində tədris olunan geniş bir magistratura proqramları tapa bilərsiniz. Magistraturanızı tamamlamaq üçün sizdən yazılı dissertasiyanızı şihafi şəkildə müdafiə etməyiniz xahiş olacaqdır və Polşada tez-tez rast gəlinməyən, “uzun dövrlü” Magistr dərəcəsi adlanan daha köhnə bir magistr dərəcəsi də var. Bu barədə daha çox bilmək istəyirsinizsə, məqaləmizi oxumağa davam edin!
Universitet ixtisaslar və təhsil haqqı haqqında məlumat üçün bizimlə əlaqə saxlayın.