Niyə Rusiyada Təhsil?
Rusiya altı milyon mildən çox ərazini əhatə edən dünyanın ən böyük ölkəsidir. Rusiya Federasiyası bütün Asiyanın şimalını əhatə edir və doqquz fərqli saat qurşağını əhatə edir. Bəs, niya Rusiyada təhsil almalısınız?
Ümumiyyətlə, Rusiya Federasiyasında təhsil almaq istər ədəbiyyat, incəsənət, tarix, istərsə də rus dili ilə bağlı müxtəlif maraqları olan beynəlxalq tələbələr üçün məşhur seçimdir və burada beynəlxalq tələbələr mədəni və müxtəlif cəhətdən yüksək keyfiyyətli təhsil almaq imkanına malik olacaqlar.
Rusiya unikal mədəniyyətə malikdir və YUNESKO-nun 26 Ümumdünya İrs Ərazisinə ev sahibliyi edir. Dünyanın ən böyük ölkələrindən biri olan Rusiya Federasiyası təhsil sektoruna təxminən hər il 4,7 trilyon rubl xərcləyir və bu, tələbələrin sərfəli qiymətlərlə yüksək keyfiyyətli təhsil almasını təmin edir. 2021-ci ildə Rusiya ali təhsil müəssisələrində 4 milyondan çox tələbə təhsil almışdır.
Sürətli inkişaf və beynəlxalq tələbələr üçün geniş imkanlar Rusiyada xaricdə təhsili unikal edir. Buna görə də, xaricdə təhsil almaq üçün maraqlandığınız ölkələr siyahısına mütləq Rusiya Federasiyasını və onun yüksək keyfiyyətli ali təhsil ocaqlarını da daxil etməlisiniz.
İmtahansız Tək Attestatla Rusiyada Təhsil Alın
İmtahan vermədən xaricdə təhsil almaq demək olar ki, hər bir gəncin arzusudur, xüsusilə də, tələbələrin gələcək qayğılarını və imtahan qorxularını nəzərə alsaq, bu fürsətin universitet arzularının gərçəkləşməsi yolunda atılan ilk və ən möhkəm addım olduğunu söyləyə bilərik.
Hər daim tələbə namizədlərini düşünən xaricdə təhsil bələdçiniz olaraq, sizlərə Tək Attestatla və heç bir İmtahan vermədən Rusiyanın ən prestijli universitetlərində və istədiyiniz ixtisasda təhsil almaq fürsəti təklif edirik! Bu fürsətdən yararlanmaq və ətraflı məlumat almaq üçün bizimlə əlaqə saxlayın.
Rusiyada Bakalavriat və Magistratura Təhsili Almaq Üçün Tələb Olunan Sənədlər:
• Attestat sənədinin təcümə və notarial qaydada təsdiqi (BAKALAVRİAT)
• Bakalavr diplomunun təcümə və notarial qaydada təsdiqi (MAGİSTRATURA)
• Rəsmi transkript sənədi tərcümə və notarial qaydada təsdiqi (BAKALAVRİAT)
• Xarici passport və ya şəxsiyyət vəsiqəsi tərcümə və notarial qaydada təsdiqi
• Doğum haqqında şəhadətnamə
• 3×4 ölçüdə 10 ədəd fotoşəkil
Rusiya Federasiyasında bütün növ və kateqoriyalardan 180.000 təhsil müəssisəi var və hər il təxminən 35 milyon insan və ya ölkənin ümumi əhalisinin 25%-i bu və ya digər təhsil növü ilə məşğul olur və təhsil sahəsində 6 milyondan çox insan çalışır. Rusiya dünyanın ən savadlı əhalisinə malikdir və rusların yarıdan çoxunun ali təhsili var. Dünyanın bütün ölkələrində 300 000-ə yaxın abituriyent Rusiya universitetlərində təhsil almağa gəlir və sizlər üçün Rusiya Federasiyanın ən yaxşı ali məktəblərini aşağıdakı kimi sadalaya bilərik:
Rusiya Federasiyası köklü təhsil sistemi ilə yanaşı, keyfiyyətli ali təhsil müəssisələri akademik olaraq dünyanın ən yaxşı 500 universiteti arasında yer alan bir çox ali məktəblərə ev sahibliyi etməkdədir. Yüksək keyfiyyətli və köklü təhsil sistemi ənənəsi ilə müasir təhsil anlayışı təqdim edən ali məktəbləri sayəsində Rusiyada təhsil səviyyəsi və ixtisaslı işçilərin sayı olduqca yüksəkdir. Beləliklə, qabaqcıl təhsil sistemi vasitəsi ilə Rusiya universitetləri dünyanın bir çox fərqli bölgəsindən olan beynəlxalq tələbələrin diqqətini cəlb etməkdədir.
Həmçinin, Rusiya ali məktəblərində təhsil almanın digər ən vacib səbəblərindən biridə, rus dili biliklərinə yiyələnmək olacaqdır. İş mühitində ingilis dil biliyi tələblərindən sonra, rus dilinin çox önəmli və tələb olunan dil olmasıdır, xüsusilədə iri və korporativ şirkətlərin ingilis dilindən başqa rus dilində də danışan əməkdaşlara ehtiyacı vardır. Rusiyada təhsil almağa sövq edəcək başqa bir amil isə ölkənin qədim mədəniyyət tarixinə sahib olmasıdır və xüsusi olaraq Moskva və Sankt-Peterburq şəhərləri özündə hələdə keçmişin qədim izlərini daşıyan tarixi binalarla zəngindir.
Rusiyada Qiyabi Təhsil Almaq
Distant təhsil son bir neçə ildə əhəmiyyətli dərəcədə populyarlıq qazanmış bir anlayışdır, belə ki, distant təhsil proqramları əyani şəkildə kurslarda iştirak edə bilməyən bir çox tələbəyə təhsil istəklərini həyata keçirməyə kömək etmişdir. Distant təhsil proqramları ilə tələbələr kompüter və internet bağlantısı ilə istənilən yerdən istədikləri kursları davam etdirə və tamam bilərlər. Ümumiyyətlə, bu təhsil formasında təhsil alan tələbələrin daha böyük faizi əslində işləyən insanlardır.
Onlayn və ya distant təhsil sistemi uzun illərdir dünyanın bir çox universitetlərində tətbiq olunsa da, həm tələbələr, həm də iş həyatına erkən qədəm qoyanlar üçün böyük üstünlüklər təqdim edir. Bu gün məkan, zaman və xərc baxımından son dərəcə rahat olan bu sistem daha çox koronavirusla gündəmə gəlib. Çünki bir çox universitetlər bu prosesdə tələbələr üçün onlayn öyrənmə üsullarına keçməyi planlaşdırarkən, qarşıdan gələn semestrlər üçün bakalavr və magistratura üzrə onlayn proqram müraciətlərini qəbul etməyə hazırlaşırlar.
Rusiyada Qiyabi Bakalavriat və Magistratura Təhsili Almaq Üçün Tələb Olunan Sənədlər:
• Attestat sənədinin təcümə və notarial qaydada təsdiqi (BAKALAVRİAT)
• Bakalavr diplomunun təcümə və notarial qaydada təsdiqi (MAGİSTRATURA)
• Rəsmi transkript sənədi tərcümə və notarial qaydada təsdiqi (BAKALAVRİAT)
• Doğum haqqında şəhadətnamə
• Xarici passport və ya şəxsiyyət vəsiqəsi tərcümə və notarial qaydada təsdiqi
• 3×4 ölçüdə 10 ədəd fotoşəkil